İtaliya hökuməti “Şərq Sentinel” əməliyyatı çərçivəsində NATO-nun şərq cinahını gücləndirmək üçün öz döyüş təyyarələrini göndərməyəcək.
HİT.az xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Roma Estoniyada SAMP-T hava hücumundan müdafiə sistemi və radarla təchiz edilmiş təyyarələrin yerləşdirilməsinin uzadılması ilə məhdudlaşmaq qərarına gəlib.
İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani bu məlumatı təsdiqləyərək daha təyyarə olmayacağını bildirib.
Sentyabrın 14-də “La Repubblica” yazıb ki, İtaliya alyansa ən azı iki döyüş təyyarəsi verməklə NATO-nun şərq cinahındakı mövqelərinin möhkəmlənməsinə töhfə verəcək. Jurnalistlər seçimin "Eurofighter" və F-35 arasında olduğunu iddia etdilər. Onlar artıq Estoniya bazasında yerləşdirilən dörd İtalyan təyyarəsinə əlavə edilə bilərdi.
İyun ayında İtaliyanın müdafiə naziri Quydo Qrosetto bəyan edib ki, Şimali Atlantika Alyansının artıq mövcud olmaq üçün heç bir səbəbi yoxdur, çünki Atlantik Okeanı, ABŞ və Avropa bir vaxtlar dünyanın mərkəzi olub, indi isə əlaqələr qurmaq üçün lazım olan hər şey var.
Samir