AZ

Bakıda təhsil alan məşhur iş adamı həyat hekayəsini Netflix ə satdı

Lent az saytına istinadən ain.az xəbər verir.

Türkiyəli iş adamı Rza Zərrab həyat hekayəsini "Netflix"ə satıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Rza Zarrabın ABŞ-dakı məhkəmə prosesindən sonra "Netflix" ilə anlaşaraq həyat hekayəsini serial və ya sənədli film kimi tamaşaçılara təqdim etməyi planlaşdırdığı iddia olunur. Zarrabın həyatının sənədli film kimi, yoxsa serial formatında yayımlanacağı hələ dəqiq məlum olmasa da, bu inkişaf illərdir gündəmdə olan dosyaya yeni bir boyut qazandırır.

Rza Zarrab kimdir?

1983-cü il təvəllüdlü, İran əsilli və ikili vətəndaşlığa sahib olan Rza Zərrab, qısa müddətdə iş dünyasında adını tanıtmış bir şəxs kimi önə çıxır. Türkiyədə 1 yaşından etibarən yaşayan Zərrab təhsilini Azərbaycanın paytaxtı Bakıda başa vurub və gənc yaşda ticarətə başlayıb.

İran, Türkiyə və Dubayda iş fəaliyyətləri olan Zərrab həmçinin bəstəkar kimi də tanınır. İş dünyasındakı nailiyyətləri, mübahisəli siyasi dosyaları və maqazin həyatı ilə həm Türkiyədə, həm də beynəlxalq mətbuatda tez-tez gündəmə gələn Rza Zərrab həm iş adamı, həm də gündəm yaradan bir şəxsiyyət kimi tanınır.

Xatırladaq ki, Rza Zərrab bir vaxtlar Türkiyənin məşhur müğənnisi Ebru Gündüşlə evli olub. 

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
lent.az

1Mənbələr