Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin, idarə vəmüəssisə rəhbərlərinin, icra nümayəndələrinin və bələdiyyəsədrlərinin iştirakı ilə vətəndaşların fərdi qaydada müraciətləridinlənilib.
Qəbulda əvvəlcədən müraciət etmiş sakinlər iştirak ediblər.Müraciətlər məşğulluq, torpaq sahələrinin sənədləşdirilməsi,səhiyyə xidmətləri və digər məsələləri əhatə edib.
Səsləndirilən müraciətlərin bir qismi yerindəcə həllini tapıb,araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlarayönləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev vətəndaşlarınşikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsulşəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətəgötürülməsi barədə tapşırıqlar verib.