AZ

Azərbaycanlı Almaniyada baş həkim təyin olundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Almaniyada Frankfurt Universitet Xəstəxanasının ginekologiya və mamalıq klinikasında şöbə müdiri vəzifəsində çalışan, tibb elmləri doktoru, dosent Xəyal Qasımlı yüksək vəzifəyə təyinat alıb.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
O, bu ilin sentyabr ayından Frankfurt şəhərində yerləşən "Hospital zum Heiligen Geist" xəstəxanasının ginekologiya və mamalıq şöbəsinə baş həkim təyin olunub.
Bildirilib ki, o, eyni zamanda, Frankfurt Universitet Xəstəxanasında şöbə müdiri kimi fəaliyyətini davam etdirəcək, ginekoloji onkologiya xəstələrinin əməliyyatlarını, robotik cərrahiyyəni və elmi-tədqiqat işlərini həyata keçirəcək.
Seçilən
26
8
oxu.az

10Mənbələr