Newscenter.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rusiyanın "Qərbə -2025" hərbi təlimləri NATO -ya əzələ nümayiş idi. Belarusda keçirilən hərbi təlimlər birbaşa Polşanın təhlükəsizliyini təhdid edirdi. Polşanın hava məkanında kəşfiyyat uçuşları həyata keçirən Rusiya Qərbi preventiv zərbələrlə hədəyir. Amma, Rusiyanın NATO üzvü olan ölkəyə hücum edib, ikinci cəbhə açması mümkün görünmür. Buna baxmayaraq, Rusiya Polşa ərazisində Qərbin Ukraynaya logistika zəncirinə zərbə vuran bilər. Artıq ABŞ və Rusiya siyasi danışıqları dayanıb. V. Putinin hərbi uniformada poliqona gəlməsi danışıqlar prosesində maraqlı olmadığının mesajını verdi. Şərqi Avropa Rusiya -Qərb arasında yeni cəbhə xətti kimi qəbul edilir. Rusiya Belarusda öz hərbi qüvvələrini komplekləşdirib. Belarusdan Ukraynaya hücum mümkün ola bilər. Məhz ABŞ Belarusla apardığı danışıqlarda buna getməməyi tələb etməsi istisna deyil.ABŞ və Avropa Rusiyaya qarşı vahid mövqeyə gəliblər. ABŞ prezidenti D. Tramp Ukraynaya ilk hərbi yardımı təsdiq etdi. Bir milyard dollar məbləğində hərbi yardım hücum və öldürücü silahlardan ibarətdir. ABŞ prezidenti V. Putinlə danışıqların mənasız olduğunun fərqindədir. Rusiyanın Polşaya kəşfiyyat hücumu məhz ABŞ və Avropani Rusiyaya qarşı müharibənin gedişatına ciddi şəkildə dəyişəcək silahların ayrılmasına sövq etdi. Ukrayna verilən silahlarla cəbhə bölgəsində əhəmiyyətli dəyişikliklər yarada bilər. aBS Rusiyaya hərbi təzyiqləri getməklə, ilin axırına kimi V. Putini danışıqlar masasında güzəştə gətirməyi hədəfləyir. Məhəmməd Əsədullazadə, politoloq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.