“Hazırda qanunvericilikdə şəhid ailələri üçün kommersiya banklarının kredit şərtlərinə xüsusi güzəşt tətbiq olunması nəzərdə tutulmayıb”.
Bu fikirləri KONKRET.az-a iqtisadçı Xalid Kərimli səsləndirib. Onun sözlərinə görə, kommersiya banklarının kredit verilməsi zamanı faiz dərəcəsini azaltmaq və ya müddəti uzatmaq kimi güzəştlər etməsi onların daxili siyasətindən asılıdır:
“Qanunvericilikdə belə bir tələb yoxdur. Bank istəsə kampaniya keçirə və müəyyən güzəştlər edə bilər, amma bu, məcbur deyil” – ekspert vurğulayıb.
Xalid Kərimli qeyd edib ki, dövlət tərəfindən verilən güzəştli ipoteka kreditləri mexanizmində şəhid ailələri üçün xüsusi imkanlar mövcuddur:
Şəhid ailələrinin üzvlərinə güzəştli ipoteka krediti təqdim olunur;
• Vətən müharibəsi qəhrəmanlarının və Milli Qəhrəmanların övladları, eləcə də şəhid olmuş qəhrəmanların həyat yoldaşları bu imkandan yararlana bilirlər;
• Əgər şəhid övladı “gənc ailə” statusuna malikdirsə, o zaman güzəştli ipoteka kreditinə müraciət edə bilər.
Beləliklə, kommersiya kreditlərində xüsusi güzəştlər mövcud olmasa da, dövlət ipoteka proqramları vasitəsilə şəhid ailələrinə maliyyə dəstəyi təmin edilir.
Aynurə İsmayıl
KONKRET.az