"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin Azərbaycana səfəri strateji və diplomatik baxımdan olduqca əhəmiyyətli bir hadisədir. Bu cür yüksək səviyyəli səfərlər təkcə iki ölkə arasındakı münasibətlərin dərinləşməsinə deyil, eyni zamanda Azərbaycanın regional və beynəlxalq nüfuzuna da birbaşa təsir göstərir".
Bu fikirləri Newscenter.az "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı BƏƏ prezidenti prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfərini şərh edərkən səsləndirib.
İctimai birlik sədri deyib ki, Azərbaycanın coğrafi mövqeyi onu Avrasiya üçün mühüm tranzit və enerji dəhlizi halına gətirir:
"Eyni zamanda ölkəmiz ərəb dünyası, müsəlman aləmi üçün də bu istiqamətdə cəlbedici ölkə rolunu oynayır. BƏƏ prezidentinin səfəri, Azərbaycanı regionda etibarlı tərəfdaş kimi daha da möhkəmləndirir. Bu səfər təkcə iqtisadi və enerji layihələrində əməkdaşlığın inkişaf etdirilməsi deyil, eyni zamanda regionda Azərbaycanın nüfuzunun artmasıl baxımından da önəmlidir. BƏƏ ilə əməkdaşlıq Cənubi Qafqazda Azərbaycanın liderliyini artırır, çünki Əmirliklər bu regionda artan maraqlara malikdir.
Həmçinin Əbu-Dabi ilə Bakı arasında münasibətlərin inkişafı İslam aləmində Azərbaycanın mövqeyinin daha möhkəmlənməsi baxımından əhəmiyyətlidir. BƏƏ İslam dünyasında nüfuzlu ölkələrdən biridir. Onun liderinin Bakıya səfəri Azərbaycanın bu dünyada artan siyasi çəkisini göstərir. Həmçinin, BƏƏ ilə sıx münasibətlər, digər ərəb və Qərb ölkələrinin də Azərbaycanla daha sıx əməkdaşlıq etməsinə stimul verir. Bu, Azərbaycanın beynəlxalq diplomatiyada aktiv oyunçu olduğunu nümayiş etdirir".
Arzuman Muradlı, "BƏƏ prezidentinin Azərbaycana səfəri, ölkəmizin diplomatik çevikliyini və artan geosiyasi əhəmiyyətini bir daha nümayiş etdirir. Bu səfər yalnız ikitərəfli münasibətlərin inkişafı deyil, həm də Azərbaycanın regional liderlik imkanları və beynəlxalq nüfuzunu gücləndirən vacib hadisədir",-deyə vurğulayıb.
Süleyman