AZ

Qırğızıstanın Pobeda zirvəsində həlak olan alpinist qadın Naqovitsinanın son sözləri məlum oldu

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Qırğızıstanın Pobeda zirvəsində çarəsiz qalaraq həyatını itirən rusiyalı alpinist qadın Nataliya Naqovitsina ölümündən əvvəl oğlu ilə danışıb.

Oxu.Az-ın Lenta.ru-ya istinadən xəbərinə görə, alpinistin son sözləri NTV-də yayımlanan "Yeni rus sensasiyaları" verilişində məlum olub.

Naqovitsinanın rəfiqəsi Liya Popova kanala müsahibəsində bildirib ki, qadın oğlunun yanına qayıtmağı düşünürmüş.

"Onun son sözləri bu oldu: "Mişaya (alpinistin oğlu - red.) deyin ki, ana gecikir", - deyə Popova qeyd edib.

Xatırladaq ki, daha əvvəl Rusiya Alpinizm Federasiyası Naqovitsinanın ölümünü təsdiqləməkdən imtina etmişdi. Avqustun 12-də ayağı sındığı üçün zirvədən enə bilməyən 47 yaşlı qadın itkin düşmüş hesab edilib. Avqustun 23-də xilasetmə əməliyyatının başa çatdığı elan edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
oxu.az

2Mənbələr