AZ

Arvadının və uşağının tabutunu qucaqlayıb ağlamışdı — Həkim ata həbs olundu

Türkiyənin Samsun şəhərinin Bafra rayonunda avtomobilin Kızılırmak çayına düşməsi nəticəsində həyat yoldaşı və övladını itirən həkim Serdar Kıyal aparılan istintaq çərçivəsində ölümə səbəb olma ittihamı ilə həbs edilib.

Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, 12 sentyabr cümə günü Asar məhəlləsi, Altınkaya bəndi yolunda baş verən faciədə Serdar Kıyalın idarə etdiyi avtomobil çaya düşüb. 

Nəticədə onun həyat yoldaşı, 31 yaşlı Gülşah Karaman Kıyak və 3 yaşlı oğlu Alperen suda boğularaq həyatını itirib. Özü isə avtomobildən çıxmağı bacararaq, yaralı halda xilas olub.

İstintaq zamanı müəyyən olunub ki, Gülşah Karaman Kıyak hadisədən bir qədər əvvəl mobil telefonundan ailəsinə "Məni hədələyir" məzmunlu mesaj göndərib. Bu fakt nəzərə alınaraq Serdar Kiyak saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Serdar Kıyak dəfn mərasimi zamanı Samsundakı Böyük Cami məscidində həyat yoldaşı və övladının tabutuna sarılaraq göz yaşı tökmüşdü.










Jalə
Demokrat.az
Seçilən
32
1
demokrat.az

2Mənbələr