AZ

5 ildə narkotiklə bağlı 39 min nəfər, o cümlədən 510 əcnəbi cinayət məsuliyyətinə cəlb olunub

2019–2024-cü illər ərzində hüquq mühafizə orqanları tərəfindən müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə edilərək narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə işinin gücləndirilməsi nəticəsində ümumilikdə 47863 fakt aşkarlanıb.

APA xəbər verir ki, bu barədə Narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında qeyd olunub.

Məlumata gör, onlardan 16458-i narkotik vasitələrin və psixotrop maddələrin satışı, 29148-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilib saxlanılması, 1877-si narkotik xassəli bitkilərin qanunsuz olaraq kultivasiya edilməsi, 380-i isə digər əməllər olub. Bundan başqa, 33,5 ton müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb. Onun 12,73 tonunu heroin, 15,01 tonunu marixuana, 2,2 tonunu tiryək, 0,33 tonunu həşiş,

0,007 tonunu kokain, 3,223 tonunu isə digər narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları təşkil edib.

Göstərilən illər ərzində cinayət məsuliyyətinə 39002 şəxs, o cümlədən 510 əcnəbi cəlb olunub.

Onlardan 37978 nəfəri kişi, 1024 nəfəri isə qadındır. Həmçinin

21464 məhkəmə hökmü və qərarı əsasında ümumilikdə 14,4 ton müxtəlif növ narkotik vasitə və psixotrop maddə, eləcə də 156291 ədəd narkotik tərkibli çətənə bitkisi müvafiq komissiyalar tərəfindən məhv edilib.

Seçilən
20
13
apa.az

10Mənbələr