AZ

Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin ekspertizasını aparan laboratoriyaların texniki təminatı yaxşılaşdırılacaq

Bakı. Trend:

Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin, psixotropmaddələrin və onların prekursorlarının ilkin tədqiqatını və məhkəməekspertizasını aparan laboratoriyaların texniki təminatınınyaxşılaşdırılması üçün əlavə tədbirlər görüləcək.

Trend xəbərverir ki, bu məsələ Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilətəsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin vəonların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığaqarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”ndaöz əksini tapıb.

Tədbirlər Planına əsasən, icra müddəti 2025-2030-cu illəri əhatəedəcək.

Ədliyyə Nazirliyi əsas icracı, Daxili İşlər Nazirliyi, DövlətGömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti isə digər icraçıqurumlar kimi təyin edilib.

Məqalədə:
Seçilən
24
az.trend.az

1Mənbələr