AZ

Hindistanlı aktrisa 2 min dollar cərimələndi

Hindistanlı aktrisa Navya Nair Melburn hava limanında əl yükündə daşıdığı jasmin çələngini bəyan etmədiyi üçün 2000 dollar cərimələnib.

Adalet.az xəbər verir ki, Nair atasının səyahət üçün ona hədiyyə etdiyi jasmin çələnglərindən birini saçına taxıb, digərini isə əl yükündə gəzdirib. Lakin o, Melburn hava limanına çatan kimi güllərlə bağlı məlumat verməyib. Ona görə də hava limanının əməkdaşları çələng aşkarlayaraq Nairi cərimələyib.

Qeyd edək ki, Avstraliya Kənd Təsərrüfatı, Balıqçılıq və Meşə Təsərrüfatı Departamentinin (DAFF) qaydalarına əsasən, sərnişinlərin gül gətirməsinə icazə verilir. Lakin bu çiçəklər gələn kimi bəyan edilməli və biotəhlükəsizlik işçiləri tərəfindən yoxlanılmalıdır.

Əgər zərərli orqanizmlər aşkar edilərsə, sərnişin ya onları məhv etməli, ya da pulunu ödəməlidir. Onların bəyan edilməməsi isə 6600 dollara qədər cərimə ilə nəticələnə bilər.

Vasif ƏLİHÜSEYN

Seçilən
14
1
adalet.az

2Mənbələr