AZ

Türkiyənin kəşfiyyat xidmətinin rəhbəri danışıqlar aparmaq üçün Dəməşqə gedib

Ankara, 17 sentyabr, AZƏRTAC

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Dəməşqə gedib. Onun Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə görüş nəzərdə tutulub.

AZƏRTAC Ankaradakı təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən xəbər verir ki, MİT rəhbərinin gündəliyində ikitərəfli münasibətlərin və regional təhlükəsizlik kontekstində son proseslərin müzakirəsi yer alıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir gün öncə Ankaranın Suriya hökumətinin qonşu ölkədə bütövlük, sabitlik və təhlükəsizliyin təmin edilməsinə dair səylərini dəstəkləməkdə qətiyyətli olduğunu bəyan edib.

Türkiyə lideri qeyd edib ki, Ankara və Dəməşq Müdafiə Nazirliyi və kəşfiyyat xidmətləri səviyyəsində sıx təmasdadır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
42
1
azertag.az

2Mənbələr