AZ

Xankəndində cari təmir işləri ilə bağlı 8 şirkətlə müqavilə imzalandı

BAKI, 17 sentyabr. TELEQRAF

Xankəndi şəhərində yerləşən yaşayış və qeyri yaşayış sahələrində cari təmir işləri ilə bağlı 8 şirkətlə müqavilə imzalanıb.

Teleqraf xəbər verir ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs "ARAZ İNŞAATÇI", "FƏRİD-İNŞAAT","İNVESTAZ", "İNŞAATÇI-NEFTÇİ", "SAFARI", "Himmen Construction", "Harmony İndustrial Construction and Engineering Group", "GRANAT CONSTRUCTİON"Məhdud Məsuliyyətli Cəmiyyətləri ilə müqavilələr bağlayıb.

"ARAZ İNŞAATÇI" ilə müqavilənin dəyəri 169 min 994 manat,"FƏRİD-İNŞAAT" ilə 354 min 731 manat,"İNVESTAZ" ilə 1 milyon 625 min 40 manat təşkil edir.

"İNŞAATÇI-NEFTÇİ"yə Xankəndi şəhərində yerləşən yaşayış və qeyri yaşayış sahələrində cari təmir işləri üçün 239 min 891 manat,"SAFARI"yə 598 min manat, "Himmen Construction"na 62 min 293 manat, "Harmony İndustrial Construction and Engineering Group"a 3 milyon 998 min 512 manat, "GRANAT CONSTRUCTİON"a 360 min manat ödənilib.

Qeyd edək ki, bütün müqavilələr bir mənbədən keçirilən satınalamalar nəticəsindəbağlanıb.

Seçilən
19
teleqraf.com

1Mənbələr