AZ

Əli Əsədov bu şəxslərin işlə təmini üçün QƏRAR verdi KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

Nazirlər Kabineti 10 may 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqram”da dəyişiklik edib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra xüsusi musiqi təhsili olanlarla yanaşı, gözdən əlilliyinin müəyyən edilməsinə görə orqanizmin funksiyaları 61-100 % pozulmuş şəxslərin və ya əlilliyi olan uşaqlar müxtəlif klub və mədəniyyət evlərində müvafiq işlə təmin ediləcəklər. Bu iş Mədəniyyət Nazirliyinə tapşırılıb.

Bundan başqa, Azərbaycan Korlar Cəmiyyətinin masaj məktəbini bitirmişlərlə yanaşı, gözdən əlilliyinin müəyyən edilməsinə görə funksiyaları 61-100 faiz pozulmuş və ya əlilliyi olan gənclər müvafiq dövlət tibb müəssisələrində işlə təmin ediləcək. Bu iş isə Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) həvalə edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
14
konkret.az

10Mənbələr