AZ

Fransadan Azərbaycana pul köçürmələri 5 dəfəyə yaxın artıb

Bakı. Trend:

Bu ilin birinci yarımilində Azərbaycandan Fransaya fizikişəxslərin pul köçürmələrinin həcmi 2,623 milyon ABŞ dolları təşkiledib.

Trend-inAzərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici2024-cü ilin eyni dövrü ilə müqayisədə 946 min ABŞ dolları və ya26,5% azdır.

Məlumata görə hesabat dövründə Azərbaycandan xaricə ümumi pulköçürmələrində Fransanın payı 1,1% təşkil edib.

Həmçinin cari ilin ilk 6 ayında Fransadan Azərbaycana fizikişəxslərin pul köçürmələrinin həcmi 12,073 milyon ABŞ dolları olubki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə9,536 milyon ABŞ dolları və ya 4,7 dəfə artım deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrindəFransanın payı 2,3% təşkil edib. Bununla da Fransa dövr ərzindəAzərbaycana ən çox pul daxilolmaları üzrə 9-cu pillədəqərarlaşıb.

2024-cü ilin birinci yarımilində Azərbaycandan Fransaya fizikişəxslərin pul köçürmələrinin həcmi 3,569 milyon ABŞ dolları, əksistiqamətdə isə 2,537 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xariciölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrininhəcmi 238,180 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə 21,420 milyon ABŞ dollarıvə ya 8,2% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 533,957 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin birinci yarımilindəkigöstərici ilə müqayisədə 33,847 milyon ABŞ dolları və ya 6%azdır.

Seçilən
23
1
az.trend.az

3Mənbələr