Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova Avroviziya qalibimiz Nigar Camala barışıq əli uzadıb.
Sitat.info Musavat.com-a istinadla xəbər verir ki, onlar “Rəngarəng”də qonaq olarkən N. Camalı Heydər Əliyev Sarayında baş tutması planlaşdırılan konsertlərinə dəvət ediblər.
A. Qasımov barışıq çağırışı edərək bunları söyləyib: “Barışdıq, sülh! Nigar xanımla bizim düşmənliyimiz yoxdur. Gəlsin, konsertə baxsın, şərəf duyaram”.
Qeyd edək ki, Nigarla F. Qasımova arasındakı qalmaqal “DreamFest”dən sonra yaranmışdı. Belə ki, F. Qasımova Nigarın festivalda geyindiyi libasla bağlı açıqlamasına tənqidi şərh yazmış, onlar arasında gərginlik yaranmışdı.