AZ

Aİ Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya dəstək üçün istifadə etməyi planlaşdırır

Avropa İttifaqı (Aİ) Rusiyaya məxsus dondurulmuş aktivlərin istifadəsi ilə bağlı iki mümkün mexanizmi nəzərdən keçirir.

Editor.az xəbər verir ki, bu barədə Financial Times mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sözügedən vəsaitlər Ukraynaya təxminən 170 milyard avro həcmində repara­siya kreditlərinin təminatı üçün istifadə oluna bilər. Aktivlər hazırda Belçikanın mərkəzi qiymətli kağızlar depozitarı Euroclear-da saxlanılır.

Mənbələrin bildirdiyinə görə, 194 milyard avro dondurulmuş aktivdən 170 milyard avro artıq ödənilib və hazırda Euroclear balansında nağd vəsait kimi qalır. Planlardan biri Brüsselin faizsiz Aİ istiqrazları alması və əldə olunan kapitalın Kiyevə tranşlar şəklində köçürülməsidir.

//Samir Qurbanov, Editor.az

Seçilən
22
editor.az

1Mənbələr