AZ

Uşaq bağçaları üçün 4,4 milyon manatlıq yataq ləvazımatları alınacaq

BAKI, 17 sentyabr. TELEQRAF

Məktəbəqədər təhsil müəssisələri üçün yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər alınacaq.

Teleqraf xəbər verir ki, bu məqsədlə 4 milyon 474 min 915 manat vəsait xərclənəcək.

Layihənin icrasını “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti həyata keçirəcək.

Qeyd edək ki, nizamnamə kapitalı 2 050 manat olan şirkətin qanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur.

Məlumat üçün bildirək ki, müvafiq işlərə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi nəzarət edəcək.

Seçilən
41
teleqraf.com

1Mənbələr