AZ

Cabbarov: Bu iqtisadi artımı sürətləndirəcək

“Ölkəmizdə yeni sənaye müəssisələrinin yaradılması iqtisadi potensialın reallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında yazıb.

Nazir qeyd edib ki, Türkiyənin “Estex İplik ve Kumaş Sanayi Ticaret A.Ş.” şirkətinin nümayəndələri ilə görüş zamanı Azərbaycanda tekstil istehsalı layihəsi istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

“Bu cür təşəbbüslər ölkəmizdə sənayenin rəqabət qabiliyyətinin artırılmasına, ixrac potensialının genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət edir”, – deyə Mikayıl Cabbarov vurğulayıb.

 

Seçilən
59
2
konkret.az

3Mənbələr