AZ

Hazırda tıxac olan yollar - SİYAHI

Bakıda fəaliyyət göstərən "Nağıl Bağ” restoranında oğurluq baş verib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, restoranın ofisiantlarından birinin cibindən 1750 manat pul oğurlanıb. Sonradan məlum olub ki, cinayəti "Nağıl Bağ” restoranın Rəşad adlı keçmiş işçisi törədib. O, keçmiş iş yoldaşları ilə görüşmək adı ilə restorana gəlib. Onlar restoranın kabinetlərindən birində əyləşib. Söhbət zamanı iş yoldaşlarından biri dondurma almaq istəyib və cibindən 100 və 200 manatlıq əskinaslar çıxarıb. Bunu görən Rəşad fürsət düşən kimi həmin şəxsin gödəkcəsinin cibindən pulları çıxarıb. Sonrdan saydıqdan sonra oğurladığı məbləğin 1750 manat olduğunu görüb. Rəşadın keçmiş iş yoldaşları o, hadisə yerini tərk etdikdən sonra oğurluqdan xəbər tutub. Dərhal polisə məlumat verilib. Rəşad saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmə prosesi zamanı Rəşad özünü verilmiş ittihamla təqsirli bilib. Həmçinin məlum olub ki, o, dəymiş ziyandan 1550 manat ödəyib. Məhkəmənin hökmü ilə Rəşada 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun saxlanılıdığı 1 gün 2 günə bərabər tutulmaqla təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Seçilən
38
avtosfer.az

1Mənbələr