ABŞ və Ukrayna birlikdə bərpa məqsədilə yaradılan fonda kritik minerallar, karbohidrogenlər və infrastruktur layihələrinə sərmayə qoymaq üçün hər biri 75 milyon dollar ayıracaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) açıqlamasında bildirilir.
Açıqlamaya görə, ilkin kapital ümumilikdə 150 milyon dollar təşkil edəcək. Qeyd olunur ki, bu investisiyalar ABŞ-ın təbii resursların təchizat zəncirlərini möhkəmləndirməklə yanaşı, ölkənin iqtisadi artımına, təhlükəsizliyinə və innovasiyalarına da dəstək verəcək.