AZ

Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı

Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı

2024-cü ilin sonuna dispanser qeydiyyatında olan narkotik istifadəçilərinin sayı 40 490 nəfər olub.

Bu barədə məlumat təsdiq olunan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin təqdim etdiyi məlumata görə, qeydiyyatda olanlardan 39 485 nəfəri kişi, 1 005 nəfəri isə qadındır.

Qeydiyyatda olanların:

20 182 nəfəri opioidlərin,

8 611 nəfəri kannabinoidlərin,

11 697 nəfəri isə eyni zamanda bir neçə narkotik maddənin qəbulu nəticəsində psixi və davranış pozuntuları yaranmış şəxslərdir.

Seçilən
23
20
afn.az

10Mənbələr