AZ

Milli Məclisin sədri Qadın Siyasi Liderlər Forumunda çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyanın Kuala Lumpur şəhərində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasının 2-ci Qadın Siyasi Liderlər Forumunda çıxışı zamanı Azərbaycan parlamentinin təcrübəsi və ölkəmizdə gender siyasəti istiqamətində əldə olunmuş nailiyyətlər barədə geniş məlumat verib. O bildirib ki, Azərbaycan qadınların hüquqlarının qorunmasına və onların qərarların qəbulunda fəal iştirakının təmin edilməsinə tam sadiqdir.

SİA xəbər verir ki, S.Qafarova Azərbaycanın 1918-ci ildə əksər Avropa ölkələrini də qabaqlayaraq, qadınlara səsvermə hüququ verdiyini xatırladıb. Deyib ki, 2024-cü ilin sentyabrında keçirilən seçkilər nəticəsində isə qadınlar parlamentdəki 125 yerdən 26-sını qazanıblar, bu da əvvəlki dövrlə müqayisədə say artımını nümayiş etdirir.

Bu gün qadın deputatlar parlamentin əksər komitələrində təmsil olunurlar ki, bu da parlament tərəfindən tənzimlənən bütün məsələlərin müzakirəsi zamanı onların fikirlərinin nəzərə alınmasına imkan verir.

Milli Məclisin sədri, həmçinin Azərbaycanın gender məsələləri ilə bağlı beynəlxalq parlament təşkilatlarında fəaliyyəti və təşəbbüsləri haqqında da danışıb.

Seçilən
37
14
sia.az

10Mənbələr