AZ

Lukaşenko rus dilinə qoyulan məhdudiyyətlərdən danışıb

Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna münaqişəsinin səbəblərindən biri kimi rus dilinə qoyulan məhdudiyyətləri göstərib.

Qaziler.az bildirir ki, bu barədə BelTa xəbər verir.

Lukaşenko bu məsələni ABŞ nümayəndələri ilə müzakirə etdiyini qeyd edərək, "Niyə insanların bu dildə danışmasına qadağa qoyursunuz? Mən amerikalılara deyirəm: niyə belə etdiniz? Başa düşürsünüz ki, bu yanlışdır? Siz heç bir səbəb olmadan insanları qəzəbləndirirsiniz. Qoy bu nəsil rus dilində danışsın".

Onun sözlərinə görə, dildən istifadə ilə bağlı hərəkətlər diqqətli və balanslı olmalıdır və Belarusda məhz bu siyasət aparılır.

“Allah eləməsin ki, dil məsələsini qızışdırmağa başlayaq – problem olacaq”, - Belarus lideri yekunlaşdırıb.

QAZİLER.AZ

Seçilən
14
qaziler.az

1Mənbələr