AZ

ABŞ dan Avropa ölkələrinə çağırış: Hədəf Türkiyədir?

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Avropa İttifaqı ölkələrini Türkiyədən qaz idxalına tam qadağa qoymağa çağırıb.

Globalinfo.az xəbər verir ki, bunu enerji naziri Kris Rayt deyib.

O bildirib ki, Vaşinqton Aİ ölkələrini Rusiyadan LNG almamağa çağırıb. Eyni zamanda Rusiyanın xam neftindən istehsal olunan Hindistan və Türkiyə məhsullarının idxalını tamamilə dayandırmaq tələb olunub.

Qeyd olunub ki, Avropa Rusiyanın enerji təchizatından tamamilə imtina etməli və Amerika neft və qazından istifadəyə keçməlidir. Ancaq analitiklər bu planları qeyri-real adlandırırlar.

İyul ayında Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ Prezidenti Donald Trampı əmin edib ki, Aİ Rusiyanın enerji resurslarının idxalını tamamilə dayandıracaq. Eləcə də ABŞ-dan 750 milyard dollar dəyərində neft, qaz, nüvə avadanlığı və yanacaq alacaq və ölkə  iqtisadiyyatına 600 milyard dollar daxil edəcək.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
23
globalinfo.az

10Mənbələr