AZ

Sahibə Qafarova Forumda Azərbaycanda gender siyasəti istiqamətində əldə olunan nailiyyətlərdən danışıb

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyanın Kuala Lumpurşəhərində Cənub-Şərqi Asiya Dövlətləri AssosiasiyasınınParlamentlərarası Assambleyasının 2-ci Qadın Siyasi LiderlərForumunda çıxışı zamanı Azərbaycan Milli Məclisinin təcrübəsi vəölkəmizdə gender siyasəti istiqamətində əldə olunmuş nailiyyətlərbarədə geniş məlumat verib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

O bildirib ki, Azərbaycan qadınların hüquqlarının qorunmasına vəonların qərarların qəbulunda fəal iştirakının təmin edilməsinə tamsadiqdir.

Spiker xatırladıb ki, Azərbaycan 1918-ci ildə əksər Avropaölkələrini də qabaqlayaraq, qadınlara səsvermə hüququ verib.2024-cü ilin sentyabrında keçirilən seçkilər nəticəsində isəqadınlar parlamentdəki 125 yerdən 26-nı qazanıblar ki, bu daəvvəlki dövrlə müqayisədə say artımını nümayiş etdirir.

Bu gün qadın deputatlar parlamentin əksər komitələrində təmsilolunurlar ki, bu da parlament tərəfindən tənzimlənən bütünməsələlərin müzakirəsi zamanı onların fikirlərinin nəzərəalınmasına imkan verir.

Spiker Sahibə Qafarova çıxışında Azərbaycanın gender məsələləriilə bağlı beynəlxalq parlament təşkilatlarında fəaliyyəti vətəşəbbüsləri haqqında da danışıb. O deyib ki, Azərbaycan MilliMəclisi parlamentlərarası təşkilatların işində yaxından iştirakedərək, bu gündəliyi daha da zənginləşdirmək üçün təşəbbüslər irəlisürür, qadınlarla bağlı məsələlərdə beynəlxalq əməkdaşlığa güclüdəstək verir. Eyni zamanda qeyd olunub ki, Türk DövlətləriParlament Assambleyasının Qadın Parlamentarilər Qrupu Assambleyanın2019-cu ildə Bakıda keçirilən Doqquzuncu Plenar Sessiyasında təsisedilib. Asiya Parlament Assambleyasının hazırkı sədri kimi MilliMəclis Assambleya çərçivəsində Qadınlar üzrə Komissiyanınyaradılmasını təklif edib ki, bu da hazırda üzv parlamentlərinmüzakirəsindədir. O cümlədən, qadın deputatlarımız bir sıra digərparlament təşkilatlarının, həmçinin Parlamentlərarası İttifaqçərçivəsində Qadın Parlamentarilər Forumunun və Gender TərəfdaşlığıQrupunun işində fəal iştirak edirlər.

Seçilən
45
14
az.trend.az

10Mənbələr