AZ

Rus “Starlink” gəlir? 

Rusiya kosmonavtikasının “çox parlaq” gələcəyi var.

Musavat.com xəbər verir ki, bu barədə “Roskosmos”un rəhbəri Dmitri Bakanov “Solovyov Live” efirində bəyan edib.

Onun sözlərinə görə, yaxın vaxtlarda ölkədə özünəməxsus “Starlink” analoqu yaradılacaq:

“Çox qısa zamanda bizdə öz “Starlink” terminalımız olacaq. Mütləq şəkildə öz peyk cihazımızı hazırlamalıyıq”.

Xatırladaq ki, “Starlink” – İlon Maskın “SpaceX” şirkəti tərəfindən yaradılan, yüksək sürətli peyk interneti təmin edən qlobal sistemdir. Xüsusilə zəif rabitə imkanları olan bölgələrdə istifadə edilir. Ukraynaya Rusiya müdaxiləsindən sonra “Starlink” fəal şəkildə Ukrayna ordusu tərəfindən bölmələrin koordinasiyası, pilotsuz uçuş aparatlarının və digər silahların hədəflərə yönləndirilməsi üçün istifadə olunub.

Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr