Dmitri Kozak prezident aparatındakı vəzifəsindən istefa verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya Prezident Administrasiyasının müavin postunu tutan Dmitri Kozak öz istəyilə vəzifəsindən istefa verib.
Məlumata görə, Kozak müxtəlif biznes təkliflərini nəzərdən keçirir.
Kozak uzun illər Vladimir Putinin yaxın həmkarı olub. Prezident Administrasiyasında son dövrlərdə o, sərhəd əməkdaşlığı və regionlararası, eləcə də xarici ölkələrlə mədəni əlaqələr idarələrini nəzarətdə saxlayırdı. Bu sahələrdə o, həmçinin post-sovet ölkələri, o cümlədən Ukrayna ilə bağlı siyasətə cavabdeh idi.
Kozak Rusiya tərəfini “Normandiya formatı” üzrə danışıqlarda təmsil edib. Avqustun sonunda isə həmin idarələrin ləğv edildiyi elan olunub.
Xuraman Etibarlı
İnterpress.az