AZ

Aİ-nin Ermənistandakı missiyası Azərbaycana qarşı ittihamlar irəli sürdü...


şad Bayramov: “Aİ missiyası özünün əsl üzünü tam olaraq ortaya qoydu”

Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritter “Hərtərəfli Təhlükəsizlik və Qarşıdurma - 2025” adlı beynəlxalq konfrans çərçivəsində çıxışında həddini və səlahiyyət çərçivəsini aşaraq Azərbaycanı dezinformasiya yaymaqda ittiham edib:

“İndi insanlar bizim niyə burada olduğumuzu və nə edə biləcəyimizi artıq bilirlər. Biz KTMT-nin üzvü olaraq qalan, Rusiya qoşunlarının iştirak etdiyi və Azərbaycanla münaqişənin olduğu, Azərbaycanın isə bizimlə əməkdaşlıq etmək istəmədiyi ölkədə fəaliyyət göstərən Aİ-nin müşahidəçi missiyasıyıq. Bu, missiyamıza qarşı çoxsaylı dezinformasiya kampaniyaları üçün bəhanə olur. Bu, bizim missiyamıza qarşı çoxsaylı dezinformasiya kampaniyaları üçün bəhanə olur. Bu, bizim missiyamıza cavab vermək həmişə asan deyil. Hazırda Azərbaycandan gələn dezinformasiya səngiyib, may ayından dayanıb. Rusiya ilə hələ də problemlərimiz var, lakin hazırda vəziyyət yaxşı görünür”.

Azərbaycan nəyi doğru demir? Məgər missiya casusluq fəaliyyəti ilə məşğul olmur?

Ötən dövr ərzində bu missiya əsasən ayrı-ayrı ölkələrlə bağlışfiyyat məlumatlarının toplanılması ilə məşğul olub”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov hesab edir ki, Ermənistanda yerləşən Aİ müşahidə missiyasının fəaliyyəti iki ölkə arasında sülh prosesini dəstəkləmək və yaxud da sülh quruculuğuna töhfə verməkdən ibarət deyildi: “Ötən dövr ərzində onların fəaliyyəti göstərdi ki, bu missiya əsasən ayrı-ayrı ölkələrlə bağlı kəşfiyyat məlumatlarının toplanılması ilə məşğul olub. Həmçinin, özünün gələcək maraqlarını təmin etmək üçün zamanında Rusiyanın Ermənistanı tərk etməsindən sonra orada möhkəmlənmək üçün ilk fəaliyyətini qurmaq istəyir. Məqsəd əsasən bununla bağlıdır. Bununla ərazi öyrənilir, sərhəd ölkələri ilə bağlı kəşfiyyat məlumatları toplanılır və eləcə də növbəti mərhələdə Ermənistanda möhkəmlənərək hərbi mövcudluq üçün baza formalaşdırılır. Təbii ki, bu missiya Avroittifaqın maraqları çərçivəsində iki ölkə arasında baş verə biləcək hər hansı bir hadisə zamanı Azərbaycanla bağlı mənfi imic formalaşdırmağa cəhd edəcək. Ancaq nəticə etibarı ilə bir müddət keçəndən sonra artıq Aİ missiyası özünün əsl üzünü tam olaraq ortaya qoydu. O mənada ki, yarım hərbiləşdirilmiş bir missiyaya çevrildi. Ona görə ki, missiyanın tərkibi kəşfiyyatçılardan və təqaüddə olan hərbçilərdən ibarət idi. Təbii ki, bu, Azərbaycan və qonşu ölkələr tərəfindən birmənalı qarşılanmırdı. O cümlədən, Ermənistanda hərbi bazaları olan Rusiya Aİ missiyasının mövcudluğundan narahatdır. Çünki burada məqsəd həm də Rusiyanı Ermənistandan çıxarmaq, yaranan boşluğu Aİ hesabına doldurmaqdır. Ona görə də ara-sıra Rusiya rəsmiləri buna etiraz edirdilər. Azərbaycanın etirazları tamamilə haqlı idi. Çünki sərhəd zonasında yerləşib hər gün binokl diplomatiyası həyata keçirən, sərhədboyu Azərbaycanın döyüş mövqeləri ilə bağlı qeydlər aparan və istənilən an təxribatlara rəvac verə biləcək qurumun sərhəddə olması arzuedilən deyil. O baxımdan hesab edirəm ki, missiya rəhbəri Markus Ritterin fikirləri qərəzlidir. O, Azərbaycanla Rusiyanın adını çəksə də, İran barədə bir kəlmə də danışmayıb. Halbuki, İran da dəfələrlə buna öz etirazını bildirib. Hesab edirəm ki, Aİ missiyası Ermənistanı tərk etməlidir. Çünki Azərbaycanla Ermənistan sülh sazişinin bəndlərini ötən ay Vaşinqtonda paraflayıblar. Bu isə o deməkdir ki, Aİ missiyasının mövcudluğuna ehtiyac qalmayıb”.

Vidadi ORDAHALLI

Seçilən
31
baki-xeber.com

1Mənbələr