AZ

Bakıda leysan sularına görə yeni kollektorlar salınır

Leysan xarakterli yağışların yağması zamanı suların kənarlaşdırılması məqsədi ilə bir necə istiqamətdə yeni kollektorların salınması işləri, bəzi yerlərdə isə bu işlərin başlanılmasına hazırlıq aparılır.

Gundem.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, bu işlərin başa çatdırılması üçün müəyyən zamana ehtiyac var, işlər başa çatdıqdan sonra isə güclü yağışın törədə bildiyi fəsadlar tədricən azalacaq.

Həmçinin qeyd olunub ki, şəhərin bir neçə nöqtəsində yağış sularının təxliyyəsi üçün nəzərdə tutulmuş xəttlər salınıb, bəzi ərazilərdə isə bu istiqamətdə işlərə başlanılıb.

Seçilən
30
4
gundem.az

10Mənbələr