AZ

Müəllimlərin nəzərinə!

Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Publika.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən bildirilib.

Qeyd edilib ki, müəllimlər portal.edu.az platformasında yerləşən "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müsahibə məlumatları ilə tanış ola bilərlər.

Vurğulanıb ki, müsahibə mərhələsi barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.

Seçilən
9
5
publika.az

10Mənbələr