AZ

“Playboy”un keçmiş baş redaktoru Ukrayna müharibəsinə göndərildi

Rusiyada “Playboy” jurnalının keçmiş baş redaktoru Vladimir Lyaporov Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Ukraynada döyüş bölgəsinə yollanıb. Bu barədə məlumat onun cinayət işi üzrə məhkəmə kartında əksini tapıb.

Musavat.com xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Lyaporov bundan əvvəl 50 milyon rubldan artıq məbləğdə xüsusilə iri miqyaslı dələduzluqda ittiham olunurdu. Cinayət işinə baxılma prosesi dayandırılıb.

Qanunvericiliyə əsasən, bu maddə üzrə maksimum cəza on ilədək azadlıqdan məhrumetmədir.

Ona qarşı beş epizod üzrə ittiham irəli sürülüb. İstintaq materiallarına görə, Lyaporov xarici şirkətlərə investisiya adı altında biznes tərəfdaşlarının pullarını ələ keçirib. Təhlükəsizlik orqanları onu 2024-cü ilin noyabrında saxlayıblar. 2025-ci ilin aprelində isə onun hesablarında təxminən 30 milyon rubl dondurulub. Həmin ay Lyaporov epizodlardan biri üzrə təqsirini etiraf edib.

Vladimir Lyaporov 2007–2009-cu illərdə “Playboy” jurnalının Rusiyadakı baş redaktoru olub.

Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr