AZ

Zelenski: Ukrayna müharibəyə ildə 120 milyard dollar xərcləyir

Kiyev, 17 sentyabr, AZƏRTAC

Ukrayna müharibəyə ildə 120 milyard dollar xərcləyir, lakin ölkə büdcəsi bu məbləğin yalnız yarısını ödəyə bilir.

AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Parlamentinin sədri Roberta Metsola ilə Kiyevdə keçirdiyi brifinq zamanı söyləyib.

“Ümid edirəm ki, bu müharibəni bitirəcəyik. “A” planı müharibəni bitirməkdən ibarətdir. “B” planı isə 120 milyard dollardır. Bu, böyük çağırışdır”, - deyə Zelenski qeyd edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
12
11
azertag.az

10Mənbələr