Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Arqument.az” saytının baş redaktoru, həbsdə olan jurnalist Şəmşad Ağayevin səhhətində problemlər yaranıb.
Bizimyol.info xəbər verir ki, jurnalist Penitensiar Xidmətin tabeliyindəki Müalicə Müəssisəsinə köçürülüb. Onun yaxınlarının bildirdiyinə görə, Şəmşad Ağayevin mədəsində kəskin problemlər yaranıb. Bu səbəbdən o, təcili Müalicə Müəssisəsinə yerləşdirilib.
Şəmşad Ağayevin həbs olunmamışdan əvvəl mədə xorası xəstəliyindən əziyyət çəkdiyi, Bakı İstintaq Təcridxanasında saxlandığı 7 ay ərzində bu problemin daha da kəskinləşdiyi bildirilir.
Qeyd edək ki, Şəmşad Ağayev fevralın 5-də “Meydan TV” ilə bağlı cinayət işi üzrə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma və başqa maddələrlə əlavə ittihamlar verilib.
“Meydan TV” ilə bağlı cinayət işi üzrə Şəmşad Ağayevdən başqa daha 11 nəfər eyni ittihamlarla həbsdədir. Bu iş üzrə istintaq başa çatıb, təqsirləndirilən şəxslər cinayət işinin materialları ilə tanış olurlar.
Aytən, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.