AZ

Aİ-də sığınacaq müraciətlərinin sayı iyunda azalıb

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ölkələrində ilk dəfə sığınacaq üçünmüraciət edənlərin sayı iyunda 52 265 nəfər təşkil edib.

Trend-inməlumatına görə, bu barədə Aİ-nin Statistika İdarəsi — "Eurostat"hesabat yayıb.

Bildirilir ki, göstərici ötən ilin iyun ayı ilə müqayisədə 27faiz, bu ilin may ayı ilə müqayisədə isə 5 faiz azalıb.

Hesabata əsasən, 2024-cü ilin ikinci rübündə Aİ-də ümumilikdə194 730 ilkin sığınacaq qərarı qəbul olunub, onların 65 735-imüsbət nəticələnib.

İyunda ən çox müraciət edənlər venesuelalılar (7 615), əfqanlar(4 085), banqladeşlilər (2 735) və suriyalılar (2 315) olub. Ən çoxmüraciət qeydə alınan ölkələr isə İspaniya (12 645), İtaliya (9765), Fransa (9 510) və Almaniya (6 860) olub. Bu dörd ölkə bütünmüraciətlərin təxminən 74 faizini təşkil edib.

İlin ikinci rübündə qəbul edilən müsbət qərarların 48 faiziqaçqın statusu, 28 faizi humanitar status, 24 faizi isə əlavəmüdafiə statusu ilə nəticələnib. Ən çox müsbət qərarı İspaniya (16060), Fransa (14 220) və Almaniya (13 450) verib.

Müdafiə statusu alanların böyük hissəsini əfqanlar (13 170),venesuelalılar (12 340) və somalililər (3 215) təşkil edib.

Seçilən
30
4
az.trend.az

5Mənbələr