AZ

"Sinner Davis Kubokunun finalında komandamızı irəli aparacaq"

İtaliya Tennis Federasiyasının prezidenti Angelo Binagi dördqat Böyük Şlem qalibi və dünyanın ikinci raketi Yannik Sinnerin 2025-ci il Davis Kuboku finalında iştirakı barədə fikirlərini açıqlayıb. 

90deqiqe.Az xəbər verir ki, "Corriere dello Sport" funksionerin dediklərini belə çatdırıb.

"Fikrimcə, İspaniya üçün də bu, Carlos Alkarasla bağlı çətinlik yaradacaq. Hələ erkəndir, onların Davis Kuboku finalında oynayıb-oynayamayacağını demək. Yannik son iki ildə komandamızın qələbələrinə böyük təkan verən əsas oyunçu olub. Mən düşünürəm ki, o, artıq hər kəsə, o cümlədən İtaliya millisinin uğurlarına və dəyərlərinə olan sədaqətini sübut edib", – Binaginin sözlərini Corriere dello Sport yayıb.

Qeyd edək ki, final görüşləri 18–23 noyabr tarixlərində Bolonyada keçiriləcək və İtaliya ötən il qazandığı titulu qoruyacaq.

Seçilən
17
90deqiqe.az

1Mənbələr