AZ

"24 saatlıq Nürburgring yarışında iştirak etmək istəyirəm"

Dördqat Dünya Çempionu və "Red Bull" pilotu Maks Verstappen 2026-cı ildə prestijli dözümlülük yarışı olan "24 saatlıq Nürburgring"də iştirak edərək, F1 tarixində bu yarışa qatılan ilk Dünya Çempionu olmaq arzusunu açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə "RTL" məlumat yayıb.

Qeyd edək ki, Verstappen əvvəllər "Nordschleife"dəki şənbə yarışında "Ferstappen.com" komandası ilə 980 nömrəli avtomobildə mübarizə aparıb. O, "Porsche Cayman" ilə, mühərrikin gücü 300 a.g.-ə məhdudlaşdırılmış şəkildə yarışıb, çünki hollandiyalı pilot GT3 kateqoriyasında iştirak üçün tələb olunan lisenziyanı əldə etməmişdi.

Yarış zamanı Maks lazım olan məsafəni qət edərək, lisenziya yüksəltməsi üçün şərti yerinə yetirib və ümumi sıralamada doqquzuncu olub, iki dövrə geri qalıb. Bir neçə saat sonra isə Ferstappen "Şimal döngəsi" üzrə dözümlülük yarışlarında iştirak üçün tələb olunan lisenziyanı əldə edib.

Seçilən
46
90deqiqe.az

1Mənbələr