AZ

"Formula 1" Azərbaycan Qran-prisini onlar da işıqlandıracaq: "Netflix", "Reuters", "Associated Press"...

Formula 1 üzrə Azərbaycan Qran-prisinin işıqlandırılmasında bu il 300-ə yaxın yerli və xarici media nümayəndəsi iştirak edir.

Bakı Şəhər Halqasından Publika.az-a verilən məlumata görə, onların sırasında "Netflix", "Reuters", "Agence France-Presse", "Sky Sports", "Motorsport.com", "Associated Press", "CANAL+", "ESPN Disney Latin" kimi nüfuzlu media qurumları da var.

Bu, Bakıda keçirilən möhtəşəm yarışın səs-küyünü və həyəcanını üç gün ərzində bütün dünyaya çatdıracaq.

Yarışın promoteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən yaradılmış Media Mərkəzi artıq jurnalistlərin ixtiyarındadır. 450 nəfərlik tutuma malik olan bu mərkəz müasir texniki avadanlıqlarla təchiz olunaraq jurnalistlər üçün rahat və funksional iş mühiti yaradır.

Burada akkreditasiya xidməti ilə yanaşı, xüsusi iş masaları, canlı yayımlar üçün nəzərdə tutulmuş texniki dəstək, eləcə də mətbuat konfranslarının keçirilməsi üçün tam təchizatlı zal mövcuddur.

Mərkəz çərşənbə günündən etibarən fəaliyyət göstərərək həm yerli, həm də xarici media nümayəndələrinin operativ şəkildə məlumat əldə etməsini, reportaj hazırlamasını və dünyanın dörd bir yanına çatdırmasını təmin edir.

Seçilən
22
16
publika.az

10Mənbələr