Vətənə medalla qayıtmaq xoş hisslərdir.
Manset.az Report-a istinadən xəbər verir ki, bunu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçisi Arseniy Djioyev (86 kq) deyib.
O, yarışın çətin keçdiyini bildirib:
"Bütün Azərbaycan xalqına təşəkkür etmək istəyirəm. Vətənə medalla qayıtmaq həqiqətən çox xoş hissdir. Çoxlu azarkeş dəstəyi olur. Bu, əlavə motivasiya verir və bizə çox güclü kömək edir. Azarkeşlərin dəstəyini hiss edirəm. Federasiyamızın rəhbərliyinə və Gənclər və İdman Nazirliyinə də böyük təşəkkürümü bildirirəm. İstəyim odur ki, Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınsın".
Qeyd edək ki, Arseniy Djioyev üçüncü yer uğrunda görüşdə Fransa təmsilçisi Raxim Maqamadova 7:0 hesabıyla qalib gəlib.