AZ

Qadınlar qohumlarına qarşı daha aqressivdir

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Amerikalı tədqiqatçılar müəyyən ediblər ki, qadınlar daha çox qan qohumlarına qarşı aqressiya göstərirlər.

Axşam.az xəbər verir ki, araşdırmanın nəticələri psixologiya xəbərləri ilə tanınan “PsyPost” platformasında yayımlanıb.

Tədqiqatda 24 ölkədən ümumilikdə 4136 nəfər iştirak edib. Seçimə Qərb, Şərq ölkələri, həm varlı, həm də azgəlirli dövlətlər daxil edilib. İştirakçılardan nə qədər tez-tez aqressiya nümayiş etdirdikləri (qışqırmaq və ya vurmaq, istərsə də dolayı, məsələn, qeybət etmək) və bu davranışın daha çox kimlərə qarşı (dostlara, qohumlara, qadınlara və ya kişilərə) yönəldiyi soruşulub.

Araşdırmanın nəticələrinə görə, kişilər yad insanlara qarşı daha çox birbaşa aqressiya göstərdiklərini bildiriblər. Lakin bacı-qardaşlara qarşı aqressiv davranış daha çox qadınlarda müşahidə olunub. 

Bu tendensiya xüsusilə ABŞ, İsveç, Çili və Pakistan kimi ölkələrdə daha çox olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
axsam.az

1Mənbələr