İtaliyalı kolleksiyaçı Mirko Kattainin şəxsi kolleksiyasında qorunub-saxlanılan XVIII əsrə aid Naxçıvan xalçası Azərbaycana gətiriləcək.
Publika.az xəbər verir ki, Mədəniyyət Nazirliyi bununla bağlı kolleksiyaçı ilə müqavilə bağlayıb.
Müqavilədə Mirko Kattainin şəxsi kolleksiyasında qorunub-saxlanılan XVIII əsrə aid Naxçıvan xalçasının satın alınması nəzərdə tutulur. Bunun isə Azərbaycan Milli Xalça Müzeyinin xalça kolleksiyasının zənginləşdirilməsi məqsədi daşıdığı bildirilir.
Müqaviləyə əsasən sözügedən xalçanın alqı-satqısı 131 min manata başa gələcək.