AZ

Sabiq prezidentdə xərçəng aşkarlandı

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaroda dəri xərçəngi aşkar edilib.

KONKRET.az xəbər verir ki, CNN Brasil telekanalı bu barədə onun müalicə həkiminə istinadla məlumat yayıb. Həkimin sözlərinə görə, dəri xərçəngi erkən mərhələdə müəyyən edilib və zədələnmiş sahələr vaxtında aşkarlanıb.

Qeyd edək ki, Braziliya Ali Məhkəməsi daha əvvəl Bolsonarunu hazırkı prezident Lula da Silvaya qarşı hərbçilərin də iştirak etdiyi çevriliş planı təşkil etməkdə təqsirli bilib. Ali instansiyanın beş hakimindən üçü onun əleyhinə səs verib və Bolsonaro 27 ildən çox müddətə həbs cəzasına məhkum olunub.

Seçilən
1
1
konkret.az

2Mənbələr