AZ

"Bir gün "Mercedes" bolidində ola bilərəm"

Dördqat Dünya Çempionu və "Red Bull" pilotu Maks Verstappen bir gün özünü "Mercedes" bolidində görüb-görməyəcəyinə dair danışıb.

90deqiqe.Az xəbər verir ki, "GPFans" niderlandlı pioltçunun dediklərini belə çatdırıb.

"Bu yer bir gün mənim üçün uyğun olar mı? Kim bilir? Gələn il yeni qaydalarla vəziyyətin necə olacağını görəcəyik"

Qeyd edək ki, 27 yaşlı pilotçu 2016-cı ildən "Red Bull" komandasında yarışır.

Bundan əvvəl, 17 sentyabrda məlum olub ki, Verstappen 2026-cı ildə prestijli dözümlülük yarışı olan "24 saatlıq Nürburgring"də iştirak edəcək. Ötən şənbə o, "Nordschleife"də komandası "Verstappen.com" ilə 980 nömrəli avtomobildə çıxış edib. Maks "Porsche Cayman" ilə, mühərrik gücü 300 a.g.-ə məhdudlaşdırılmış şəkildə yarışaraq, ümumi sıralamada doqquzuncu yeri tutub və iki dövrə geri qalıb.

Seçilən
16
90deqiqe.az

1Mənbələr