GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
İsrailin Qəzzada əməliyyatlarını davam etdirdiyi bir vaxtda baş nazir Benyamin Netanyahunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan sərt açıqlamaları gündəmi zəbt edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Əlaqələr Mütəxəssisi Dr. Cihan Günyel yerli mediaya şərhində bu tendensiyanın səbəblərinə aydınlıq gətirib.
Ekspertə görə, Türkiyə həm hərbi gücü, həm geosiyasi mövqeyi, həm də tarixi və mədəni irsi ilə İsrailin ekspansionist siyasətləri qarşısında ən ciddi maneədir:
“Türkiyə regionda İsrailin soyqırım və genişlənmə siyasətini əngəlləyəcək yeganə dövlətdir. NATO-nun ikinci ən böyük ordusuna sahib olması, Avropa və Qərblə tarixi bağları, eyni zamanda BRİKS və ŞƏT kimi qurumlarda iştirakı onu həm Qərb, həm də qeyri-Qərb bloklarında təsirli oyunçuya çevirir”.
Mütəxəssis Türkiyənin son illərdə atdığı addımların İsrailin regional strategiyalarını dəyişdirdiyini xatırladıb. Qarabağ müharibəsində Azərbaycana dəstək, Liviyada aktiv iştirak, həmçinin Şərqi Aralıq dənizində enerji planlarını alt-üst etməsi bunun əsas nümunələri sayılır.
Günyel hesab edir ki, Türkiyə ilə İsrail arasında birbaşa hərbi münaqişə riski çox aşağı olsa da, belə bir toqquşmanın baş verəcəyi halda region ölkələri birləşərək İsrailə qarşı geniş hücuma başlaya bilər. O xüsusilə, Türkiyə ilə müttəfiq olan dövlətləri misal çəkib.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.