AZ

"Liverpul" Konateyə əvəzləyici tapıb

"Napoli"nin mərkəz müdafiəçisi Sem Bökema karyerasını İngiltərənin "Liverpul" klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın "TEAMtalk"a istinadən məlumatına görə, Merseysayd klubu 26 yaşlı futbolçunun xidmətində maraqlıdır.

İngiltərə nəhəngi niderlandlını İbrahim Konateni əvəz edəcək uzunmüddətli variant kimi nəzərdən keçirir, çünki Konate gələn yay komandadan ayrıla bilər.  Artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Cari mövsümdə Bökema İtaliya çempionatında bir oyunda iştirak edib və qol vurub. Müdafiəçi ilə "Napoli" arasında müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub. Transfermarkt portalının ekspertlərinin qiymətləndirməsinə görə, Bökemanın bazar dəyəri 28 milyon avrodur.

Seçilən
11
90deqiqe.az

1Mənbələr