AZ

Ən pis ssenariyə hazırlıq başladı: 8 ölkədən 3700 hərbçi əraziyə gəlir

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya və Belarusun birgə həyata keçirdiyi “Zapad-2025” təlimləri Qərbdə narahatlıq yaratmağa davam edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Polşanın “TVP World” nəşri məlumat yayıb. Qeyd olunur ki, buna cavab olaraq NATO Litva ərazisində genişmiqyaslı əks-təlimlərə start verib.

Məlumatda vurğulanır ki, Litvada yerləşən NATO qüvvələri “ən pis ssenariyə” hazır olmaq üçün daim məşqlər keçir. Əsas məqsəd alyansın şərq cinahını qorumaq, xüsusilə də Belarus sərhədində mümkün risklərin qarşısını almaqdır.

Təlimlərdə Almaniyanın komandanlığı altında 8 ölkədən 3700 hərbçi iştirak edir. Əsgərlərin qarşısına qoyulan əsas missiya Rusiya və Belarusdan gələ biləcək “potensial təcavüzə” qarşı müdafiə imkanlarını sınaqdan keçirməkdir.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
globalinfo.az

1Mənbələr