AZ

Latviya Rusiya və Belarus sərhədlərində hava məkanının bağlı qalmasının vaxtını uzadıb

Latviya hökuməti ölkənin Rusiya və Belarus sərhədlərinə yaxın bölgələri üzərində hava məkanının bağlanmasını sentyabrın 19-u səhər saatlarına qədər uzadıb.

APA xəbər verir ki, bu haqda ölkənin hava hərəkətinə nəzarət xidməti məlumat yayıb.

“Əvvəlcə Rusiya və Belarusla sərhəd bölgələri üzərində hava məkanı cümə axşamı, sentyabrın 18-i axşam saatlarına qədər bağlı idi. Lakin indi məhdudiyyət, cümə günü, sentyabrın 19-u yerli vaxtla səhər saat 7:00-a qədər uzadılıb”, - məlumatda deyilir.

Qeyd edək ki, qadağa 6 km-ə qədər yüksəklikdəki uçuşlara aiddir.

Seçilən
18
apa.az

1Mənbələr