Qızılın bir unsiyasının qiyməti tarixi maksimuma çataraq 3740 ABŞ dollarını ötüb.Bu artım, ABŞ Federal Ehtiyat Sisteminin (FED) 2023-cü ilin dekabrından sonra ilk dəfə uçot dərəcəsini 4–4,25% səviyyəsinə endirməsi fonunda baş verib.
Analitiklərin fikrincə, faiz dərəcələrinin azalması, investorları riskli aktivlərdən uzaqlaşdırır və qızıl kimi etibarlı sərmayələrə yönəldir, bu da qiymət artımına səbəb olur.