AZ

Bir tamaşanın ajiotajı…

Ermənistan mediasına istinadən xəbər verilir ki, baş nazir Nikol Paşinyanın iştirakı ilə Bjurakan qəsəbəsində nümayiş olunan “Hasar” tamaşasında “Qərbi Ermənistan”a eyham vuran səhnələrin olması dövlət başçısının kəskin etirazına səbəb olub. Nəticədə ölkə ictimaiyyəti arasında tərəflərin fikir ayrılıqları daha da şiddətlənib.

Nikol Paşinyan tamaşadan sonra açıq şəkildə narazılığını ifadə edərək bildirib ki, bu kimi məqamlar ziyanlıdır və Ermənistan cəmiyyətini yanlış istiqamətə yönəldə bilər. Onun sözlərinə görə, ölkə real təhlükələrlə üz-üzə qaldığı bir vaxtda diqqətimizi “keçmiş torpaqların” nostalji xatırlanmasına deyil, hazırkı Ermənistan dövlətinin möhkəmləndirilməsinə yönəltmək vacibdir. “Biz hasarları elə qurmalıyıq ki, öz dövlətimizi qorusun, kiminsə xəyali sərhədlərini deyil”, - deyə Paşinyan bildirib.

Məhz elə bu yanaşma Ermənistan daxilində fikir ayrılıqları doğurub. Revanşist mövqedə olan bəzi qəzetlər və siyasi dairələr bunu “senzura” və “tarixin silinməsi” kimi təqdim edir.

Məsələn, “Past” adlı revanşist mövqeli qəzet Paşinyanın bu mövqeyini Türkiyənin və Azərbaycanın “təzyiqlərinin nəticəsi” kimi qələmə verməyə çalışıb.

Əslində, Paşinyan öz yanaşması ilə qızışdırıcı mövqedən çıxış edən daşnakların və revanşistlərin “bostanına daş atıb.” Açıqca bildirib ki, boş xəyallardan əl çəksinlər. Həmin xəyali “böyük Ermənistan” ideyasıdır ki, erməniləri türklərlə düşmən edib, on minlərlə hayın mənasız qırğınına səbəb olub, bugünkü real Ermənistana isə qonşular arasında inamsızlıq yaradır, yenə də işğalçılığa sövq edir. Ermənistan adlı cırtdan dövlət iki yüz ildən artıqdır ki, həmin xam xəyalların, axmaq ideyaların əsiri olaraq qalıb. Hazırkı hakimiyyət nəhayət, anlayıb ki, özündən güclü dövlətlərin əhatəsində belə təhlükəli ideyalarla yaşamaq mümkün deyil. Ona görə də Ermənistanın bir dövlət olaraq dünyanın coğrafi xəritəsindən silinməməsi üçün tədbirlər görməyin zamanı gəlib.

“Tarixin silinməsi” deyənlər hansı tarixdən danışdıqlarını belə bilmirlər. Axı, XX əsrə qədər nə Ermənistan dövləti olub, nə də onun tarixi. Yalnız rus imperiyasının ideoloqları onları başa salıblar ki, özlərinə tarix yazsınlar və Azərbaycanın, Türkiyənin, Gürcüstanın bəzi ərazilərinin ermənilərin qədim torpaqları olduğunu iddia etsinlər. Özlərinə məxsusi coğrafiya cızsınlar. Ancaq Hindistan qaraçıları olduqlarını, yüz illərlə müxtəlif dövlətlərin tərkibində etibarsız toplum kimi yaşadıqlarını, mədəniyyətlərinin, ədəbiyyatlarının olmadığını və hər yerdən qovulduqlarını gizlətsinlər. Əvəzində bunların hamısını Azərbaycandan oğurlayıb özlərini dünyaya sivil millət kimi təqdim etsinlər. Amma o da alınmır, ağ şalvara qara yamaq yaraşmadığı kimi.

Ermənilər arasında çox işlənən “ara” müraciət forması onların tarixinin bir parçasıdır. Yəni “ay avara”, “ay vətənsiz”deməkdir. Müxtəlif ölkələrdə yersiz-yurdsuz gün keçirən haylar görüşərkən bir-birlərinə qısaca “ara”, “ay avara, indi hardasan?” deyə müraciət etmişlər və bu sözü indi də işlədirlər. Haylara tapşırılmanın səbəbindəndir ki, alban monastrlarını və kilsələrini özününküləşdirməyə çalışıblar. Lakin monastrların əsl sahibləri olan alban-udilər buna da icazə vermirlər. Qarabağımızı “artsax” adlandırmaları, Ermənistan ərazisindəki minlərlə toponimlərimizin adlarını dəyişdirmələri həmin mənfur ideologiyaya əməl olunmasına xidmət edib. Nəhayət, bütün yalanlar bitib və həqiqət üstün gəlməyə başlayıb. Lakin Türkiyə və Azərbaycanla münasibətlərin yumşaldıldığı bir dövrdə qondarma tarixin ortaya atılması bir ovuc beyni zəhərlənmişlərin əks reaksiyasıdır. Onlar verilmiş sərhədlər daxilində dinc yaşamağı, qonşularla münasibət qurmağı heç cür qəbul edə bilmirlər. Bizim eradan iki min il keçməsinə baxmayaraq, ermənilər hələ də mağara təfəkkürü ilə yaşayır, gözlərini qonşuların torpaqlarından çəkmirlər. Ancaq zaman onların at oynatdıqları zaman deyil. Rusiyanın təsirinə və təzyiqlərinə qarşı çıxan əzilmiş xalqlar özlərinə məxsus olan hər şeyə sahiblik edirlər. Azərbaycan da, o cümlədən.  Ancaq tanrının lənətə gəlmiş bu toplumu baş nazir Nikol Paşinyanın sülhə aparan siyasətini rədd edir, bu yolda onun atdığı bütün addımları pisləyirlər. Bu hərəkətin arxasında isə onların ərazi iddiaları gizlənir. Amma zaman onları tərbiyə edəcəkdir.

Vəli İlyasov, “İki sahil”

Seçilən
7
ikisahil.az

1Mənbələr